1 min read

Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı

Şamaxıda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb. 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Ağayevin oğlu, 37 yaşlı Anar Ağayev saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

2 mins read

Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü – Şamaxıdakı qətlin TƏFƏRRÜATI

Şamaxı şəhərində qayınatasını öldürməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Teymur Əliyevə hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında baş verib. […]

1 min read

Şamaxıda zəlzələ olub

Yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb.

1 min read

Şamaxıda sərnişin avtobusu çayın ortasında qaldı

Şamaxı rayonunda sərnişinləri daşıyan mikroavtobus çayın ortasında qalıb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün baş verib. Rayonun Qaleybuğurd kəndi istiqamətində hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusu kənd ərazisindəki çayın məcrasındakı daşlıq və lillik əraziyə düşüb. Nəticədə avtobus hərəkətini davam etdirə bilməyib. Hazırda sərnişinlərlə dolu mikroavtobusun ərazidən çıxarılması üçün tədbirlər görülür. Məlumata görə, […]