1 min read

Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə […]

1 min read

Sumqayıtda zəncirvari QƏZA: Beş nəfər xəsarət alıb

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, “Toyota”, KIA, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Gəncə şəhərində zəncirvari qəza olub. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. KIA, VAZ-2107 və “Ford Fusion” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

1 min read

Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü

Göyçay rayonunda üçaylıq körpə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb. Bu zaman qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var

Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan–Şahbuz magistralında baş verib. Qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı […]

1 min read

Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Bakı Regional Mərkəzinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata […]

1 min read

Astarada başına boru düşən Cəlilabad sakini ölüb

Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazarkən başına boru düşüb. R. Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Buna baxmayaraq, onun […]

1 min read

Tovuzda avtomobillə motosiklet toqquşdu: 18 yaşlı sürücü xəsarət aldı

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb. Bildirilib ki, Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz […]

1 min read

Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.