Sumqayıtda zəncirvari QƏZA: Beş nəfər xəsarət alıb
Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, “Toyota”, KIA, “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
