Hadisə
Xaçmaz rayonunda zəlzələ olub
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, saat 5:58-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 45 km olub. Zəlzələ hiss edilməyib.
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb
Bakıda 72 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini – 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda zəlzələ olub
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub.
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb. Canlixeber.com xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib. Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb. Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.
Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü
Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır.
Gədəbəydə 46 yaşlı şəxsin meyiti tapılıb
Gədəbəy rayonunun Arıqıran kəndində Mahir Yunisovun meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, 46 yaşlı kənd sakininin meyiti yaşadığı evin həyətində tapılılb. Faktla bağlı araşdırma aparılır.
Bakıda evdə PARTLAYIŞ: Ölən və xəsarət alanlar var
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla […]
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək öldü
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Canlixeber.com verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Aslan Mustafa oğlu Əhmədov halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq həyatını itirib. Faktla bağlı […]
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb. 1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov […]
