1 min read

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə ACF məlumat yayıb. Tədbir sentyabrın 21-25-i aralığında təşkil olunacaq. Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır. Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının […]

1 min read

Azərbaycan Yüksək Liqasında çıxış edəcək voleybol klubunun adı dəyişdirilib

Yeni mövsümdən qadınlar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq “Möminə Xatun” voleybol komandasının adı dəyişdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Muxtar Respublika təmsilçisi “Naxçıvan” adı altında fəaliyyət göstərəcək. Bildirilib ki, təsisçi və klub rəhbərliyinin ortaq qərarı, Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klub bundan sonra fəaliyyətini “Naxçıvan” adı altında davam etdirəcək. Bu […]

1 min read

“Neftçi” “Feyenoord”un yetirməsini transfer edir

Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirə bilər. Canlixeber.com xəbər verir ki, 24 yaşlı vinger “Neftçi”yə keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir, lakin hələlik yekun razılıq əldə olunmayıb. Mərakeş əsilli futbolçu “Ən-Nəsr” klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. Qeyd edək ki, Azarkan “Feyenoord”un yetirməsidir. O, Niderlandda “Ekselsior” və “Utrext”də […]

1 min read

Buryatiyada itkin düşən turisti ayı parçalayıb

Rusiyanın Buryatiya Respublikasında itkin düşən 61 yaşlı kişinin cəsədi bir neçə günlük axtarışdan sonra Barquzinski rayonunda tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib. Axtarışlar zamanı xilasedicilər təxminən 400 km sahil xəttini və 50 km-dən çox meşə massivini axtarıblar, lakin turisti ayı parçalayıbmış. Kişini qohumları tapıblar və onun cəsədi polisə təhvil […]

1 min read

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı […]

1 min read

Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində evlərdən birinin qarşısından zərərçəkmiş şəxsə məxsus “AF 80” markalı motosiklet qaçırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov müəyyən olunaraq saxlanılıb. Nəqliyyat vasitəsi isə sahibinə təhvil verilib. Həmçinin rayon ərazisində qeydə alınan növbəti hadisə ilə bağlı keçirilən tədbirlərlə […]

1 min read

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Canlixeber.com xəbər verir ki, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

2 mins read

İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli […]

1 min read

XİN Şimali Koreyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Koreyanı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşılıb. “Milli Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının xalqını və hökumətini səmimi qəlbdən təbrik edirik!”, – paylaşımda deyilir.

3 mins read

Müavinət üçün SAXTA SƏNƏD verən vəzifəli şəxslərin mühakiməsi başlayır

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə ittiham olunan həkimlərin barəsindəki cinayət işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, […]