Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək.
Canlixeber.com xəbər verir ki, bu barədə ACF məlumat yayıb.
Tədbir sentyabrın 21-25-i aralığında təşkil olunacaq. Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.
Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir.
