Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran və oğurluq edən şəxslər saxlanılıblar
1 min read

Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində evlərdən birinin qarşısından zərərçəkmiş şəxsə məxsus “AF 80” markalı motosiklet qaçırılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov müəyyən olunaraq saxlanılıb. Nəqliyyat vasitəsi isə sahibinə təhvil verilib.

Həmçinin rayon ərazisində qeydə alınan növbəti hadisə ilə bağlı keçirilən tədbirlərlə avtomobildən qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən 28 yaşlı V.Vəlizadə də saxlanılıb.