September 2026
Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
Bugün Bakının Yasamal, həmçinin Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 10-da Yasamalda Transformator Məntəqəsində, Ağdaş, Tərtər və Yevlaxda isə 6 və 10 kV-luq […]
UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün ilk turunun son oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun son günündə “Fənərbağça” “Roma”nı, PSV “Şaxtyor Donetsk”i, “Bavariya” “Budyo Qlimt”i, “Komo” “Leypziq”i, “Mançester Yunayted” “Sabah”ı, “Slaviya Praqa” isə “Lans”ı qəbul edəcək. 10 sentyabr UEFA Çempionlar Liqası I tur Saat 20:45, “Fənərbağça” – “Roma”; Saat 20:45, PSV – “Şaxtyor […]
Bu gün hava necə olacaq?
Sentyabrın 10-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli şimşək çaxacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə […]
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək – QƏRAR
“Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, “Baku Medical Plaza”ya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib. Eyni zamanda, “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda da dəyişiklik edilib. “Baku Medical Plaza”ya, həmçinin kök […]
Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib. İttihama görə, “Taxes Group” MMC-nin direktoru və “Loft Dent” klinikasının […]
Abşeronda qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu
Abşeron rayonu ərazisində yerləşən qəbiristanlıqların birində soyğunçuluq hadisəsi qeydə alınıb. Canlixeber.com , zərərçəkmiş polisə müraciət edərək yaxın qohumunun məzarını ziyarət edən zaman naməlum şəxsin onun içərisində pul vəsaiti olan çantasını talayaraq hadisə yerindən uzaqlaşdığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma […]
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə […]
Türkiyədə 22 yaşlı qadın futbol klubunun baş məşqçisi oldu
Türkiyədə 22 yaşlı qadın futbol klubuna baş məşqçi təyin olunub. Canlixeber.com xəbər verir ki, Türkiyənin “Turqutluspor” futbol klubunda baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynep Mestan təyin olunub. Türkiyə Super Həvəskar Liqasında mübarizə aparan klub yeni mövsüm öncəsi gənc mütəxəssislə müqavilə imzalayıb. Qeyd edək ki, 2004-cü ildə İzmirdə anadan olan Zeynep Mestanın futbolçu karyerası da olub. […]
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir. Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə […]
Bu ölkə MDB-dən çıxır
Moldova hökuməti 2005-ci il noyabrın 25-də MDB çərçivəsində imzalanmış “İnsan alveri, insan orqanları və toxumalarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişi denonsasiya edib. Canlixeber.com xəbər verir ki, qərar hökumətin bugünkü iclasında qəbul olunub. Layihəni təqdim edən daxili işlər naziri Daniela Misail-Nikitina bildirib ki, bu qərar Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiya kursuna sədaqəti ilə […]
