August 2026
“Gəncə” 3 basketbolçusu ilə yollarını ayırıb
“Gəncə” basketbol klubu üç oyunçusu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə komandadan bildirilib. Müqavilə müddəti başa çatan Cəbrayıl Əkbərov, Ulaş Turğut və Nazar Quliyevlə əməkdaşlığa son qoyulub.
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Belarus yığmasını məğlub edib
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Bildirilib ki, komanda Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan hər iki görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, […]
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Ağdaşda 53 yaşlı kişinin meyiti aşkarlanıb
Ağdaş rayonunda 53 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 12-də baş verib. Ağdaş rayonunun Qaradeyin kənd sakini 1973-cü il təvəllüdlü Bayram Məhəmmədəli oğlu Əliyevin yaşadığı evdə meyiti aşkarlanıb. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Yevlaxda qəzada ölənlər qardaşdırlar – TƏFƏRRÜAT
Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Canlixeber.com xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Aqşin Eldəniz oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Akif Əli oğlu Hacıyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə toqquşub. Nəticədə Akif Əli oğlu Hacıyev və həmin […]
Kür çayında batan 21 yaşlı oğlanın MEYİTİ TAPILDI
Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – Xəstəxanaya yerləşdirilənlər var
Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata görə, zəhərlənmə səbəbindən 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib. Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu […]
“Qarabağ”ın avrokubok taleyi həll olunur: Rəqib “Dinamo Kiyev”dir
Bu gün “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi “Dinamo Kiyev”lə qarşılaşacaq. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Stüart Attvell matçın baş hakimi olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Lyuis Smit dördüncü hakim, Piter Benks […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 13-ü çimərliklərdə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil […]
