Ölkədən çıxarılma
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
