August 2026
Ali Məhkəmədən valideynlik hüququndan məhrumetmə ilə bağlı mühüm qərar
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Canlixeber.com xəbər verir ki, işin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər […]
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb
Xocalı rayonunun Şuşakənd kəndində insan sümüyünə bənzər qalıqlar aşkarlanıb. Canlixeber.com xəbər verir ki, avqustun 12-də kənd ərazisində aşkarlanan sümük qalıqları aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün götürülüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün metroda iş rejimi dəyişdiriləcək
“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, oyunla əlaqədar metronun “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq, həmçinin növbətçilik əsasında əlavə köməkçi işçi […]
Sumqayıtda restorandan oğurluq edən və ikitəkərli nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıblar
Sumqayıt şəhəri ərazisində yerləşən restoranların birindən zərərçəkənə məxsus içərisində pul, bank kartları və digər şəxsi əşyalar olan çanta oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb. Şəhər ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir […]
Ermənistan Kərki kəndini Azərbaycana qaytaracaq
Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl […]
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Azərbaycanda kirayə mənzil fonduna daha 208 mənzil əlavə olunub
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində yerləşən 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Canlixeber.com xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. Yeni mənzillərin seçimi avqustun 20-si, saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar […]
İmişlidə yanğın törədən şəxs saxlanılıb
İmişlidə yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, İmişli rayonunun Cəfərli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini T.Ələsgərli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
DYP piyadalara müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə idarə məlumat yayıb. müraciətdə deyilir ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında piyadaların da üzərinə böyük məsuliyyət düşür: “Hər bir piyada yol hərəkəti qaydalarına ciddi əməl etməklə, yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli və hərəkət zamanı diqqətli olmalıdır. Tələsməmək, […]
Azərbaycanda bu ilin 7 ayında 30,2 min şəxsə əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
