“Qarabağ”ın avrokubok taleyi həll olunur: Rəqib “Dinamo Kiyev”dir
1 min read

“Qarabağ”ın avrokubok taleyi həll olunur: Rəqib “Dinamo Kiyev”dir

Bu gün “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Canlixeber.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi “Dinamo Kiyev”lə qarşılaşacaq.

Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Stüart Attvell matçın baş hakimi olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər.

Lyuis Smit dördüncü hakim, Piter Benks VAR, Ceyms Bell isə AVAR funksiyasını yerinə yetirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın “ÇSKA Sofiya” klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb. “Köhlən atlar” pley-off mərhələsinə vəsiqə qazanacaqları təqdirdə “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, komandalar arasında Ukraynada keçirilən ilk oyun “Dinamo Kiyev”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.