1 min read

Dənizdə boğulduğu deyilən 5 uşaq atası XARİCDƏ SAĞ TAPILDI

Polis dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyini müəyyən edib. Canlixeber.com xəbər verir ki, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin […]

1 min read

Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili ilə “QAZ 3110” markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayev idarə etdiyi 05-BJ-757 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobil […]

1 min read

Sumqayıtda fərdi yaşayış evində yanğın başlayıb

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Qeyd edilib ki, “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında bildirib […]

1 min read

Oqtay Əmənullayev vəzifəsindən azad olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb. Qeyd edək ki, O.Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-25-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib.

1 min read

MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) vəfatı ilə bağlı başsağlığı verib. Canluxeber.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub

1 min read

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib?

“Nikol Paşinyan artıq Tiqranaşenin (Kərki – red.) qaytarılması barədə əmr verib”. Canlixeber.com xəbər verir ki, bu barədə “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan yazıb.  O, bundan sonra Əskiparanın geri qaytarılmasının istisna edilmədiyini vurğulayıb.  Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kərkinin Ermənistana aid olmadığını bildirmişdi. 

1 min read

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50%-dən çoxu icra olunub

Kəlbəcər və Laçın arasında məsafə 31,98 kilometr qısalacaq Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq. Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi […]

1 min read

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən […]