August 2026
Gədəbəydə Niva aşıb, sürücü ağır xəsarət alıb
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə […]
Göyçayda QƏZA: Xəsarət alanlar var
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 23-də mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% […]
Misli Premyer Liqası: Bu gün “Turan Tovuz” və “Neftçi” meydana çıxır
Misli Premyer Liqasında II turun oyunları davam edir. Canlixeber.com xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:45-də start götürəcək. 23 avqust […]
Ölkəmizdə donuzların yarıdan çoxu bu iqtisadi rayonda SAXLANILIR
Azərbaycanda 2026-cı ildə donuzların sayı 3298 baş təşkil edib. Canlixeber.com xəbər verir ki, 2025-ci ildə ölkədə 3377 baş donuz olub. Cari ilin göstəricisi əvvəlki ilin 97,7 faizinə bərabərdir. Donuzların böyük hissəsi Şəki-Zaqatala iqtisadi rayonunda saxlanılır. Bu iqtisadi rayonda 2401 baş donuz qeydə alınıb. Onların 1681 başı Qax, 625 başı Qəbələ, 95 başı isə Oğuz rayonunun […]
Abşeron sakinlərinin nəzərinə: 600-dən çox mənzil təmir ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən mənzillərin cari təmiri ilə bağlı tender elan edib. Canlixeber.com xəbər verir ki, satınalma yaşayış kompleksindəki 52 bina üzrə ümumilikdə 606 mənzilin cari təmirini əhatə edir. Tenderin ehtimal olunan qiyməti 3 milyon 402 min 790 manatdır. Məlumat üçün qeyd edək ki, müsabiqə 21 […]
69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu
69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. Canlixeber.com xəbər verir ki, 69 yaşlı R. İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb. Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında […]
Türkiyədə helikopter qəzaya uğradı
Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlikli elektrik xətləri üzərində işləyən helikopter qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, Deregözü kəndində baş verən helikopter qəzasının səbəbi və göyərtədəki insanların sayı məlum deyil. Giresun valisi Mustafa Koç bölgəyə gedib.
“Yanlış qərar bir ailənin həyatını dəyişə bilər” – DYP-nin şöbə rəisi
Həftəsonlarında nəqliyyat axınının intensivləşməsi yol hərəkəti iştirakçılarından daha böyük diqqət və məsuliyyət tələb edir. Təəssüf ki, baş verən ağır yol-nəqliyyat hadisələri bir daha göstərir ki, sükan arxasında verilən bir anlıq yanlış qərar insan həyatına son qoya, bütöv bir ailənin həyatını dəyişə bilər”. Canlixeber.com xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən […]
