1 min read

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti görüşlər baş tutacaq

Bakıda qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçlar baş tutacaq. Canlixeber.com xəbər verir ki, əvvəlcə Belçika və İspaniya seçmələri üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:30-da başlayacaq. Daha sonra Rumıniya və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək. Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə […]

1 min read

Dünən 140 kiloqramdan çox çətənə bitkisi məhv edilib

Avqustun 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 140 kiloqram çəkidə 3740 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

1 min read

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib. Yasamal rayonu ərazisində yerləşən mağazaların […]

1 min read

Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, […]

1 min read

Faktiki hava açıqlanıb

Avqustun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəhər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Nəlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, […]

1 min read

Şəkidə həyətyanı sahədə yanğın olub

Şəkidə həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması olan ot tayası yanıb. Canlixeber.com xəbər verir ki, hadisə Şəkinin Baş Zəyzid kəndində, kənd sakini Rafael Balanmədovun yaşadığı evin həyətyanı sahəsində baş verib. Belə ki, həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması və ümumi kütləsi 50 ton olan ot tayasında yanğın baş verib. Yanğının söndürülməsi […]

1 min read

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib. Canlixeber.com xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb. Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı […]

1 min read

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər […]

1 min read

Ağstafada “TikTok” üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU

Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb. Canlixeber.com xəbər verir ki, “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub. O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.