1 min read

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Şərur rayon sakini 1986-cı il təvəllüdlü Abbas Qafar oğlu Babayevi qonaq olduğu Şahsoltanlı kəndində Laçın Məzlum oğlu Kərimovun evində elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.

1 min read

Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı

Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülməsi şübhələri ortaya çıxıb. A.Azizova polis əməkdaşları […]

1 min read

Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb. Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu […]

1 min read

Qaradağda FACİƏ: Hasardan yıxıldı, sonu oldu

Bakının Qaradağ rayonunda hasardan yıxılan 45 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 22-də saat 15 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərində iş görərkən oradan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

İmişlidə toy yasa qarışdı – 21 yaşlı oğlan ŞADLIQ EVİNDƏ ÖLDÜ

İmişli rayonunda şadlıq evində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Rayonun Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı toyda olarkən ürək çatışmazlığından qəfil ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat […]

1 min read

Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 2 milyon 538 min manatdır. Satınalma sənədlərinə əsasən, işlər çərçivəsində Ağdaş rayon 5 saylı tam orta məktəbdə dam örtüyünün […]

1 min read

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

1 min read

Fabinyo “Trabzonspor”a keçib

Türkiyənin “Trabzonspor” klubu braziliyalı futbolçu Fabinyonu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək, həmçinin rəsmi müqaviləyə imza atmaq üçün bu gün saat 11:30-da Trabzona gələcək. Fabinyo daha əvvəl “Real Madrid”in ikinci komandası “Real Kastilya”, “Rio Ave”, “Monako”, “Liverpul” və Səudiyyə Ərəbistanının […]