Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub.
Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
