1 min read

Bu gün hava necə olacaq?

Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında hava […]

1 min read

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub. Qeyd […]

1 min read

DİN BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev […]

2 mins read

Çimərlik mövsümü başlayandan bu günə kimi 53 nəfərin meyiti çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 75 nəfər (onlardan 69-u çimərlik mövsümündə) xilas edilib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, xidməti nəzarət edilən çimərlik ərazilərində ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb. Lakin […]

1 min read

AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlayıb

Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib. Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni […]

1 min read

Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 1 829,3 ha ərazi […]

1 min read

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

“Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər […]

1 min read

Bakıda mənzilini yandıran şəxs xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb. Canlixeber.com xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib. Qeyd edək ki, hadisə dünən axşam saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı […]

1 min read

Məhkəmə Rüfət Səfərov barədə qərar verib

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin […]