1 min read

“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edir. İzləyicilər “Sabah” – “Hapoel Beer-Şeva” oyununu İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 25 avqust Saat 20:45, “Sabah” – “Hapoel Beer-Şeva” (İctimai TV).

1 min read

Oğuzda minik maşını aşıb: 7 YARALI VAR

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində “Mercedes” markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.

1 min read

Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Əhmədabad kəndində minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd qadın, bir kişi) 25.08.2026-cı il tarixində saat 09:40-da Tovuz […]

1 min read

Natəvan Həsənovaya Sumqayıtda vəzifə verildi

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktoru təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Natəvan Həsənova təyinat alıb. O, kollektivə təqdim olunub. Natəvan Həsənova müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib. 2015-ci ildə ABŞ-nin Nyu-York […]

1 min read

Tovuzda vəzifəli şəxs vəfat edib

Tovuz Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşı vəfat edib. Canlixeber.com xəbər verir ki, icra hakimiyyətinin başçısı aparatının Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Tariyel Əlixan oğlu Məmmədov vəfat edib. Belə ki, o, üçüncü dərəcəli dövlət qulluqçusu olub.

1 min read

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiyev bıçaqlayıb. Onlar yeni ailə həyatı qurubmuşlar. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

3 mins read

Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb

Vətəndaşları aldadaraq onların adına şirkətlər təsis edərək qanunsuz pul dövriyyələrini həyata keçirən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror ittiham aktını elan edib. Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib. Xatırladaq ki, Baş Prokurorluğun apardığı araşdırmalar nəticəsində […]

1 min read

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

Artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından […]

1 min read

Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs ediliblər. Canlixeber.com xəbər verir ki, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib. O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: “Marixuanaya görə […]

1 min read

Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq skuterdən yıxıldığını deyib

Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb. Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların […]