Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq skuterdən yıxıldığını deyib
Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb.
Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi ilə bağlı verilən suala azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını bildirib.
Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmamasının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi də qərara alınıb.
Məsələ aidiyyəti qurumların nəzarətindədir.
**
Bakının Nizami rayonunda azyaşlı zorakılığa məruz qalıb.
Canlixeber.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, zorakılığa məruz qalan 9 yaşlı Ə.M. ögey anası Ülkər tərəfindən mütəmadi zorakılığa məruz qalır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, hadisədən xəbərdardırlar.
“Məlumatlıyıq, araşdırma aparılır”, – deyə L.İsrəfilli bildirib.
