1 min read

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb. O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.

2 mins read

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Zakir Xəlilzadənin (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama əsasən, təqsirləndirilən şəxs 23 may 2026-cı il […]

1 min read

Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib. Canlixeber.com News.am-a istinadən xəbər verir ki, bunu jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlayıb. Onun sözlərinə görə, Sedrak Köçəryanın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.

3 mins read

Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı

Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən R.İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İsmayılov zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət […]

1 min read

Növbəti üç gün ərzində temperatur KƏSKİN ENƏCƏK – XƏBƏRDARLIQ

Avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna […]

1 min read

Bakıda və bəzi rayonlarda KÜLƏK GÜCLƏNƏCƏK – XƏBƏRDARLIQ

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, […]

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi […]

1 min read

Baş Qərargah rəisi Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə ölkələrimiz […]

1 min read

158 kiloqram uyğunsuz dondurma AŞKAR EDİLDİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb. Nəticələrə əsasən, istehsalçı – fiziki şəxs Tahir Adil oğlu Qasımova məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib. […]