4 mins read

Müddətli əmək müqaviləsinə hansı halda xitam verilə bilməz? – ALİ MƏHKƏMƏDƏN MÜHÜM QƏRAR

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi ilə bağlı iş üzrə qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, işin hallarına görə, mübahisə qurumda müddətsiz əmək müqaviləsi əsasında 5 ildən artıq […]

1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

2 mins read

Azərbaycan Rusiyaya nota verdi

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim […]

1 min read

“Torpedo” “Zirə” ilə oyundan əvvəl Mateo Stamatovu transfer edib

“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın “Torpedo” klubu heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Kutaisi təmsilçisi məlumat yayıb. 27 yaşlı bolqarıstanlı cinah oyunçusu Mateo Stamatov transfer edilib. Onunla “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər […]

1 min read

Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunublar

Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən üç nəfər həbs olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şirvan sakinləri Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar. Bu şəxslər obyektdən 34 min manat dəyərində mis naqil oğurlayaraq […]

6 mins read

Şəkərli Diabet və Onun İlkin Əlamətləri

Şəkərli Diabet və Onun İlkin Əlamətləri Son illərdə şəkərli diabet dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılan xroniki xəstəliklərdən birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, xəstəliyin ilkin əlamətləri vaxtında tanınmadıqda ciddi sağlamlıq fəsadları yarana bilər. Davamlı susuzluq hissi, tez-tez sidiyə getmə, səbəbsiz çəki itkisi və yorğunluq kimi əlamətlər bəzən diqqətdən kənarda qalır. Buna görə də […]

1 min read

Bakı–Quba yolunda avtoqəza olub, ölən var

Bakı-Quba avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb. BMW markalı avtomobilin sürücüsünün idarəetmə zamanı halının qəfil pisləşdiyi və ürək tutmasından sükan arxasında həyatını itirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Azərbaycanda sabiq məhkəmə sədri vəfat etdi

Vəkillər Kollegiyasının üzvü, sabiq məhkəmə sədri Rafiq Miriyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R.Miriyev 1948-ci ildə anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra 10 ilə yaxın daxili işlər orqanlarında müstəntiq, baş müstəntiq işləyib. R.Miriyev 1981-1987-ci illərdə indiki Xəzər […]

1 min read

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

İyulun 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 6-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir. Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, […]

3 mins read

Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və […]