July 2026
Qusarda yük maşını aşıb, ölən var
Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb. İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb. Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb. Avtomobildə daşınan badımcanlar […]
Paytaxtda 40 yaşlı kişi küçədə öldü
Bakıda 40 yaşlı kişi küçədə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 6-sı saat 20 radələrində paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Toğrul Azər oğlu Məmmədov küçədə infarkt keçirib. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Sumqayıt şəhərinin 52-ci məhəlləsinin və Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Kəpəz” Luis Paçu ilə vidalaşıb
“Kəpəz” futbolçu Luis Paçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, Luis Paçu ötən mövsüm “Kəpəz”də 29 oyun keçirib və 5 qola imza atıb.
Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb
Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı […]
Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var
Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Narkoloji Dispanserindən məlumat verilib. Qeydiyyatda olanların 4 557 nəfərini narkotik istifadəçiləri təşkil edir. Onlardan 110-u qadındır. Məlumata əsasən, dispanserdə qeydiyyatda olan 1 487 nəfər isə alkoqolizm xəstəsidir. Həmin şəxslərdən 24-ü qadındır.
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının […]
Bakıdan Naxçıvana təyyarə reysləri bərpa edilib
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd edək ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Bəzi rayonlara leysan yağır – FAKTİKİ HAVA
İyulun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub. Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə […]
Azərbaycanda SMM agentlikləri nə dərəcədə nəticə verir? – MÜSAHİBƏ
Azərbaycanda rəqəmsal ekosistem kəmiyyət baxımından sürətlə böyüsə də, keyfiyyət və strateji dərinlik hələ də ən çox müzakirə olunan mövzulardan biridir. Bu gün sosial şəbəkələrdə demək olar ki, hər bir biznes və dövlət strukturu aktivdir, lakin bu aktivliyin nə dərəcədə effektiv olması sual altındadır. Səhifələr rəngbərəng dizaynlarla doludur, amma bizneslərin satış rəqəmləri, qurumların isə vətəndaşla ünsiyyəti […]
