1 min read

Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var

Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Narkoloji Dispanserindən məlumat verilib. Qeydiyyatda olanların 4 557 nəfərini narkotik istifadəçiləri təşkil edir. Onlardan 110-u qadındır. Məlumata əsasən, dispanserdə qeydiyyatda olan 1 487 nəfər isə alkoqolizm xəstəsidir. Həmin şəxslərdən 24-ü qadındır.