1 min read

Gələn həftə kolleclərə ixtisas seçimi başlayır

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 3-də başlayır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi avqustun 9-dək aparılacaq. “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

5 mins read

Qadınları yüksək maaş və evlilik vədi ilə Türkiyəyə aparan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Mənsimə Cəlilova tamah niyyəti ilə müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və zəif vəziyyətlərindən […]

1 min read

Şəkidə 30 yaşlı kişini ilan sancıb: Vəziyyəti ağırdır

Şəkidə rayonunun Şəki kənd sakinini ilan sancıb. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, kənd sakini Şirzad Qurbanoviç Süleymanov öz həyətində təsərrüfat işləri görən zaman onu ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şəki rayonunda ilan sancması səbəbi ilə 1996-cı il təvəllüdlü […]

4 mins read

Tərtərdə 12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Muradxan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona həmin maddə ilə 11 il […]

1 min read

Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib

Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib. Canlixeber.com xəbər verir ki, 53 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində israilli Sela Rozovu 11:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 […]

1 min read

Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 96 xarici vətəndaşı ölkədən çıxarıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Məlumata görə, Miqrasiya İdarəsi nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, […]

1 min read

Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir

Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir. Canlixeber.com xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

“Kəpəz” Rafael Məhərrəmlini heyətinə qatıb

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Son olaraq “Şamaxı”da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.

1 min read

7 saylı Şəhər poliklinikasının baş həkimi işdən çıxarıldı

Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb. Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.