July 2026
Xırdalan və Sumqayıta metro xətti çəkiləcək
Xırdalan və Sumqayıt istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən “Könüllülər yol […]
FHN: Bakıda evdə meyit tapılıb
Bakıda evdə bir nəfərin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata […]
Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb
İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Canlixeber.com xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Canlixeber.comxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun […]
Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xəsarət alanlar var
Naxçıvanda təcili tibbi yardım avtomobilinin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Chery” markalı avtomobil toqquşub və təcili tibbi yardım avtomobili aşıb. Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər avtomobildə olan […]
Qızmar hava əksər insanlar üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və qızmar temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Gündüz saatlarında günəşdən qorunmaq məsləhət olunur.
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]
Taxıl məhsuldarlığının artması üçün əkin sahələrinin çox olması kifayət deyil – Ekspert
“Taxıl əkini sahələrinin günü-gündən artması məhsuldarlığın yüksək olmasına zəmanət yaratmır”. Bu barədə Canlixeber.com-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Arif Nuriyev deyib. Onun sözlərinə görə, taxıl məhsuldarlığının yüksək olması üçün bir neçə əsas amil var:“Bu amillərdən birincisi hava şəraitidir. Gözlənilməz hava şəraiti ilə qarşılaşdıqda taxıl məhsuldarlığında yüksək nəticələr əldə etmək mümkün olmur. Digər bir məsələ […]
