Qızmar hava əksər insanlar üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və qızmar temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Gündüz saatlarında günəşdən qorunmaq məsləhət olunur.
