FHN: Bakıda evdə meyit tapılıb
1 min read

FHN: Bakıda evdə meyit tapılıb

Bakıda evdə bir nəfərin meyiti tapılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.