1 min read

Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma Portuqaliya ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə rəqibinə qalib gəlib – 52:50. Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 […]

1 min read

Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1 min read

Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi. Prezidentin digər sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1 min read

İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı – YENİ TƏYİNAT

Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Prezident digər sərəncamla Elçin Hüseynlini Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

1 min read

Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Chevrolet” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük […]

1 min read

“İdrak” liseyində müəllimə atəş açılan SİLAHIN SAHİBİ BARƏDƏ QƏRAR VERİLDİ

“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şagirdin atası barədə qərar verilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 […]

1 min read

Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirib, məhkuma aid tapança tapılıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd “Makarov […]

1 min read

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və […]

1 min read

Paraqvay Azərbaycana fəxri konsul təyin edib

Paraqvay Azərbaycana fəxri konsul təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib. O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib: “İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”.

1 min read

Ağcabədidə kanalda batan şəxsin meyiti tapıldı

Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, suda boğulan 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.