1 min read

Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi. Prezidentin digər sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1 min read

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq. Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə […]