Konsul
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib. O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib: “İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”.
Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb
Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
