Paraqvay Azərbaycana fəxri konsul təyin edib
1 min read

Paraqvay Azərbaycana fəxri konsul təyin edib

Paraqvay Azərbaycana fəxri konsul təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib.

O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib:

“İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”.