May 2026
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub. E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir
Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatına start veriləcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 9 oyun təşkil ediləcək. Ən maraqlı görüşlərdən biri C qrupunda Türkiyə və Serbiya yığmaları arasında olacaq. Sezar pizzaAzərbaycan millisi isə yarışa mayın 28-də start verəcək. Rəqib Avstriya seçməsidir. Komandamızın F qrupundakı digər […]
Şamaxıda sərnişin avtobusu çayın ortasında qaldı
Şamaxı rayonunda sərnişinləri daşıyan mikroavtobus çayın ortasında qalıb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün baş verib. Rayonun Qaleybuğurd kəndi istiqamətində hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusu kənd ərazisindəki çayın məcrasındakı daşlıq və lillik əraziyə düşüb. Nəticədə avtobus hərəkətini davam etdirə bilməyib. Hazırda sərnişinlərlə dolu mikroavtobusun ərazidən çıxarılması üçün tədbirlər görülür. Məlumata görə, […]
“Kəpəz” Rəhman Hacıyevlə bağlı qərarını verdi
“Kəpəz” klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-göylər” Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub.
II kurs tələbəsi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi vəfat edib. Canlixeber.com Sumqayit24.az-a istinadla xəbər verir ki, Ağsu rayonunun Bico kəndindən olan və universitetdə energetika mühəndisliyi ixtisası üzrə ali təhsil alan Nahid Xalid oğlu Həzməyev dünyasını dəyişib. Bildirilib ki, 2-ci kurs tələbəsi olan 2007-ci il təvəllüdlü N.Həzməyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir – Premyer Liqada ilk
“Turan Tovuz” müdafiəçisi Roderik Miller Panama millisinin heyətində DÇ-2026-ya dəvət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tovuz təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlayıb. Siyahıda ölkəmizdə çıxış edən Roderik Millerin […]
Naxçıvanda qəzada yaralanmışdı – Xəstəxanada öldü
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb. Canlixeber.com xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Qeyd ediliv ki, qəzada yaralanan digər şəxslər – İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, […]
Ülviyyə Həmzəyeva yenə Naxçıvanda SƏDR OLDU
Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçilib. Canlixeber.com xəbər verir ki, bu barədə Birliyin VI Konfransında qərar qəbul olunub. Konfransda qurumun son beş illik fəaliyyəti müzakirə edilib, görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva hesabat məruzəsi ilə çıxış edib. Daha […]
Qusarda polisə silahla müqavimət göstərən şəxs zərərsizləşdirildi
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. Canlixeber.com xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.Hadisə yerindən tapança aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
Qəbələnin bir hissəsi qazsız qalıb
Qəbələ şəhərinin Sura Kərimova küçəsinin təbii qazla qaz təchizatında müvəqqəti fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, küçədən keçən, diametri 108 mm olan qaz xəttində qaz sızması aşkarlanıb. Bununla əlaqədar, bu gün saat 10:15-dən həmin küçənin qaz kəsilib. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa […]
