Sumqayıt Dövlət Universiteti
II kurs tələbəsi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi vəfat edib. Canlixeber.com Sumqayit24.az-a istinadla xəbər verir ki, Ağsu rayonunun Bico kəndindən olan və universitetdə energetika mühəndisliyi ixtisası üzrə ali təhsil alan Nahid Xalid oğlu Həzməyev dünyasını dəyişib. Bildirilib ki, 2-ci kurs tələbəsi olan 2007-ci il təvəllüdlü N.Həzməyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Könül Abaslı vəzifədən azad edildi
Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. K.Abaslı artıq bir müddətdir ADA Universiteti rektorunun müşaviri vəzifəsində çalışır. O, təhsilin idarə olunması sahəsinə cavabdehdir.Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika […]
