Göyçay rayonu
Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 45 yaşlı Amil Vahidov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvandan çətənə kolları və marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi […]
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutulub
Göyçayda mağazadan oğurluq edilib. Obyektə daxil olan naməlum şəxs kassada olan pulu və tütün məmulatlarını talayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Rahib Babayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun restorandan televizorlar və daha bir fərdi yaşayış […]
Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunublar
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, onlar idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozublar. Sürücülər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin sürücülük […]
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub. E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
