Yaralanma hadisəsi
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb
Bakının Xətai rayonunda üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə, Balakən rayon sakinləri – 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov kirayə yaşadıqları […]
İmişlidə şin partlayıb, usta xəsarət alıb
İmişli rayonunda şin partlayışı zamanı ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb. Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb, avtomobildə olan […]
Lökbatan-Qobu yolunda avtomobil AŞIB: Sürücü xəsarət alıb
Lökbatan-Qobu yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Canlixeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 10:00-da Lökbatan-Qobu yolunun “Qobu Park” ərazisi yaxınlığında qeydə alınıb. “2005-ci il təvəllüdlü Bəşir Elxan oğlu Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yüksək sürətlə idarə etdiyindən döngədə idarəetməni itirib və […]
Zaqalatada avtomobil aşıb: Xəsarət alanlar var
Zaqatalada minik avtomobilinin aşması nəticəsində biri ağır olmaqla dörd nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov “Lada Priora” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına […]
Bakı Kənar Dairəvi Yolunda yük avtomobili yanıb: Sürücü xəsarət alıb
Bakı Kənar Dairəvi Yolunda lampa daşıyan yük avtomobili yanıb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə səbəbindən yolda ağır tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var
Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub. Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma […]
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb
Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb. İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub. Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə nəticəsində avtomobilə və […]
