Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurub
1 min read

Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub.

Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.