Yanğın Hadisəsi
Şəkidə 23 hektar biçilmiş taxıl sahəsi yanıb
Şəkidə açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ağdaşda “Mercedes” yanıb kül oldu
Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Goranboyda 4 yaşlı uşaq ot tayasını yandırdı
Goranboyda 4 yaşlı uşaq babasının ot tayasını yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb. Rayon sakini Arzu Aslanovun həyətində olan 120 kip ot tayası yanıb. İlkin ehtimala görə, hadisəni onun 4 yaşlı nəvəsi tərəfindən ehtiyatsızlıqdan baş verib. Hadisə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub və alov söndürülüb.
Sabirabadda məktəbdə yanğın olub
Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda yaşayış evində yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş […]
“Qızılağac” qoruğunda yanğın olub
Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən həftənin xronikası: 583 yanğına çıxış oldu, 15 nəfərin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 583 […]
Paytaxtda yanğın baş verib, avtomobillərə ziyan dəyib
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb. Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın […]
Cəlilabadda ev təmamilə yanıb
Cəlilabad rayonunda ev yanıb. Canlixebər.com xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 45 yaşlı Eldəniz Bağırova məxsus 100 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanıb. Hadisə nəticəsində xəsarət […]
Neft Emalı Zavodunda yanğın başlayıb
Neft Emalı Zavodunda yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər […]
