Yanğın Hadisəsi
Cəlilabadda avtomobil tamamilə yanıb
Cəlilabad rayonunda minik avtomobili yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Mehman Nəsirova məxsus olan “VAZ 2105” markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma […]
Sumqayıtda fərdi yaşayış evində yanğın başlayıb
Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Qeyd edilib ki, “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında bildirib […]
Şəkidə həyətyanı sahədə yanğın olub
Şəkidə həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması olan ot tayası yanıb. Canlixeber.com xəbər verir ki, hadisə Şəkinin Baş Zəyzid kəndində, kənd sakini Rafael Balanmədovun yaşadığı evin həyətyanı sahəsində baş verib. Belə ki, həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması və ümumi kütləsi 50 ton olan ot tayasında yanğın baş verib. Yanğının söndürülməsi […]
Binəqədidə istifadəsiz tikilidə yanğın başlayıb
Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən Canlixeber.com-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub
2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 746 yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, yanğın hadisələri zamanı 22 nəfər həlak olub, 71 nəfər xəsarət alıb. Ötən illə müqayisədə həlak olanların sayının 5 nəfər və ya 19%, xəsarət alanların sayının isə 22 […]
FHN: Ötən həftə 13 nəfərin meyiti təhvil verilib
Ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin […]
Bakı-Quba yolunun kənarında OBYEKT YANIB
Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə yol kənarında kafedə qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd olunub ki, yanğın hadisəsi ötən gün saat 21 radələrində baş verib. “Nazirliyin 112 qaynar telefon xəttinə Siyəzən rayonu Zarat kəndi ərazisində restoranda yanğın baş […]
Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB
Şəmkirdə qatarda yanğın olub. Canlixeber.com xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb. İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən […]
Lənkəranda açıq ərazilərdə yanğınlar söndürülüb
Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınlar baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
