Yanğın Hadisəsi
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən Canlixeber.com-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub
2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 746 yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, yanğın hadisələri zamanı 22 nəfər həlak olub, 71 nəfər xəsarət alıb. Ötən illə müqayisədə həlak olanların sayının 5 nəfər və ya 19%, xəsarət alanların sayının isə 22 […]
FHN: Ötən həftə 13 nəfərin meyiti təhvil verilib
Ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin […]
Bakı-Quba yolunun kənarında OBYEKT YANIB
Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə yol kənarında kafedə qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd olunub ki, yanğın hadisəsi ötən gün saat 21 radələrində baş verib. “Nazirliyin 112 qaynar telefon xəttinə Siyəzən rayonu Zarat kəndi ərazisində restoranda yanğın baş […]
Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB
Şəmkirdə qatarda yanğın olub. Canlixeber.com xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb. İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən […]
Lənkəranda açıq ərazilərdə yanğınlar söndürülüb
Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınlar baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Bakıda yaşayış binasında yanğın söndürülüb
Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. ** Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində mənzildə yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin […]
Bakıda mağazada başlayan yanğın söndürülüb – Yenilənib
Bakının 28 May küçəsində baş verən yanğın söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli […]
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Araşdırmalar nəticəsində yanğının həmin […]
Lənkəranda açıq sahədəki yanğın SÖNDÜRÜLDÜ
Lənkəran rayonunun Separadi kəndi ərazisində açıq sahədə baş verən yanğın söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Yanğın baş verən əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülüb, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – deyə məlumatda […]
