Quba
Polis Qubada əməliyyat keçirdi, narkotacir saxlanıldı
Quba rayonunda antinarkotik əməliyyatı keçirilib. Canlixeber.com xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən reallaşdırılan tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən […]
Qubada istirahət mərkəzi su altında qaldı
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub. Canlixeber.com xəbər verir ki, yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb. Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb. Hazırda ərazidə […]
Qubada hoteldə meyit tapıldı
Quba rayonunda 67 yaşlı kişi hoteldə ölü tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki hotellərdən birində baş verib. 1959-cu il təvəllüdlü Xanuka Panivilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti hotel nəzarətçisi tərəfindən qonaq otaqlarından birində aşkarlanıb. Faktla bağlı Quba Rayon Prokurorluğund araşdırma aparılır.
Qubada sel avtomobil yolunu yararsız hala salıb
Quba rayonunda yağan intensiv yağışlar nəticəsində sel Aydınkənd kəndinin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub. Canlixeber.com xəbər verir ki, sel kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb, nəqliyyat əlaqəsi kəsilib. Problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.
Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu rayonlar məlum olub
2026-cı il aprelin 1-i tarixinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı respublika üzrə 349 min 944 nəfər təşkil edib. Canlixeber.com Valyuta.az-a istinadən xəbər verir ki , 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 96,66 manat olub. Ünvanlı dövlət sosial yardımın […]
