Qubada istirahət mərkəzi su altında qaldı
1 min read

Qubada istirahət mərkəzi su altında qaldı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub.

Canlixeber.com xəbər verir ki, yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb.

Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb.

Hazırda ərazidə yaranmış vəziyyətin aradan qaldırılması və fəsadların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlər görülür.