Piyada ölümü
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Son iki gün ərzində 6 piyadavurma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Bakıda yük maşını piyadanı vurub
Bakıda “KamAz” piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Sahil Abbasov idarə “KamAz” markalı yük maşını ilə yolu keçən piyada Nurlan Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib. Nicat Soltanzadənin idarə etdiyi “KİA Sorento” markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub. Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb, “VAZ” yoldan çıxaraq dirəyə […]
