Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda avtomobil piyadanı vurub.
Canlixeber.com xəbər verir ki, hadisə Səbail rayonu, Həsən Seyidbəyli və Bünyad Sərdarov küçələrinin kəsişməsində qeydə alınıb.
Əkrəm Yaqub oğlu Baxşıyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Cəmilə Ağaməmməd qızı Şirəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
