1 min read

Qəbələdə ağır qəza: 16 yaşlı piyada öldü

Qəbələdə baş verən ağır yol qəzası piyadanın ölümü ilə nəticələnib. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Rabil Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qəbələnin dörd kəndi qazsız qalacaq

Sabah saat 10:00-dən etibarən Qəbələ rayonunun Böyük Pirəlli, Kiçik Pirəlli, Soltannuxa və Zarağan kəndləri ərazisində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması müxtəlif diametrli qaz xətlərinin kipliyinin yoxlanılması ilə əlaqədardır.