1 min read

Ukraynada 10 gündə altı azərbaycanlı həlak olub

Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha 6 azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir kp, son 10 gün ərzində döyüşlərdə daha 6 həmyerlimiz həyatını itirib. Həlak olan şəxslərin siyahısını təqdim edirik: – Məmmədov Roman Musa oğlu – 07.09.1986-cı il təvəllüdlü, Novosibirsk vilayətinin Kolıvan kəndində yaşayıb. – Abbasov Namiq Məhərrəm oğlu – 23.12.1969-cu […]

1 min read

Azərbaycanda batalyon komandiri vəfat etdi

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.  Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı “Qaragöl” batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi […]

1 min read

Şəmkirdə divar uçdu, bir nəfər öldü

Şəmkirdə bədbəxt hadisə baş verib. Canlixeber.com Lent.az-a istinadla əbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb. Bildirilib ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub. Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə […]

1 min read

Traktoru arxaya verərkən – Anasının ölümünə səbəb oldu

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.“ Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib. Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndi […]

1 min read

Bakıda tələbə vəfat etdi

Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamlı AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb.

1 min read

Məktəbli ürəktutmadan vəfat etdi

Salyan rayonunda məktəbli vəfat edib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar qəflətən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir. Qeyd edək ki, ailəninn yeganə oğlu olan Səmarın atası Vüsal Qurbanov Vətən müharibəsi iştirakçısıdır.

1 min read

Sabirabadda zəncirvari qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki,hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib. 3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.