1 min read

Coratda 26 yaşlı oğlan dənizdə boğuldu

Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Canlixeber.comxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun […]

1 min read

Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Canlixeber.com xəbər verir ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 16 yaşlı S.Rəhimova saxlanılıb. O, qətlə yetirilən yeniyetmənin bacısıdır. Faktla bağlı araşdırma aparılır

1 min read

Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi

Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. Canllixeber.comxəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 ilə yaxın müddətdə Bakı İstintaq Təcridxanasının rəisi olub. 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

1 min read

Ehtiyatda olan polkovnik-leytenant VƏFAT ETDİ

Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov vəfat edib. Canlixeber.com xəbər verir ki, Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Onun hansı səbəbdən öldüyü məlum deyil.

1 min read

Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı

Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.

1 min read

Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü

Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb. Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb. Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib. Meyit müvafiq ekspertiza üçün təhvil verilib. […]