Ölüm hadisəsi
Əfsanəvi boksçu vəfat etdi
Boks üzrə argentinalı sabiq dünya çempionu Xorxe Kastro 59 yaşında dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, idmançının səhhəti Buenos-Ayres əyalətinin Moron şəhərində yerləşən mərc oyunları məkanında qəfildən pisləşib. Məlumata görə, “Lokomotor” ləqəbli sabiq məşhur idmançı oyun avtomatları zalında olub. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər. Hazırda hadisənin təfərrüatları araşdırılır və keçmiş idmançının vəziyyətinə şəkərli […]
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev “Volkswagen” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü və sərnişini 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu […]
Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova hadisə yerində ölüb, […]
Tanınmış azərbaycanlı yazıçı vəfat etdi
Yazıçı, publisist və tərcüməçi Aqşin Ağkəmərli vəfat edib. Canlixeber.com xəbər verir ki o, 66 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Aqşin Ağkəmərli Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Həmçinin o, Güney Azərbaycanda da əsərləri ilə tanınıb.
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. Canlixeber.com xəbər verir ki, M.Cavadov bir müddət əvvəl bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilib. O, bu gün səhər saatlarında həyatını itirib.
Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü
Şəmkir şəhərində 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Rayon sakini 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmov dünən saat 12 radələrində yaşadığı evin həyətində 4 metr hündürlüyündə olan su çənini təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Rüstəmov aldığı xəsarətdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın ilk qadın snayperi vəfat etdi
Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Xalaqızı” ləqəbi ilə tanınan Növrəstə Yusifova əslən Xızı rayonundan olub. O, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən müharibədə iştirak edən N.Yusifova ən gərgin döyüş bölgələrində snayper kimi xidmət edib.
Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb
Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada vəfat edib. Canlixeber.com xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb. Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülən körpənin həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon […]
Pakistanda təyyarə qəzaya uğradı: Pilotlar həlak oldular
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Mushshak” adlı təlim-məşq təyyarəsi Bəlucistan vilayətində qəzaya uğrayıb və nəticədə iki pilot həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən, bədbəxt hadisə regionun inzibati mərkəzi sayılan Kvetta şəhəri ərazisində qeydə alınıb. Fövqəladə hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.
