Pakistanda məktəb damının uçması nəticəsində 28 uşaq və 1 müəllimə ölüb
1 min read

Pakistanda məktəb damının uçması nəticəsində 28 uşaq və 1 müəllimə ölüb

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 28 uşaq və 1 müəllimə həlak olub.

Canlixeber.com xəbər verir ki bu barədə Pakistan mediası məlumat yayıb.
Bildirilib ki, həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.

Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib.

Onun sözlərinə görə, hadisədən sonra özəl məktəbin sahibi həbs edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.