Ölüm hadisəsi
Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman […]
Türkiyədə ağır qəzada 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Canlixeber.com xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “İkinci itkin düşən şəxsin cəsədi tapılıb. Axtarış əməliyyatları başa çatıb”, – deyə qurumun məlumatında qeyd olunub. […]
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov məlumat verib. Onun sözlərinə görə, Ukrayna qüvvələri şəhərə “Storm Shadow” tipli üç raketlə zərbə endirib. Nəticədə şəhərin Sovetski rayonunda binalar dağılıb. Qubernator bildirib ki, hadisə yerində təcili xidmətlərin işi davam edir. Oryol şəhər administrasiyası […]
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb
Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, nəticədə 4 pilot ölüb. Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub. Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, ölən şəxs 1961-ci il Ə.Huseynovdur. Qeyd edək ki, hadisə oktyabrın 16-sı şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü Ə.Huseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq, o, 7 gün sonra xəstəxanada ölüb. Faktla bağlı […]
DİN: Bakıda kafedə ölümlə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər saxlanılıb
Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak […]
Fransada 26 yaşlı MMA döyüşçüsü silahlı insident zamanı öldürüldü
Fransanı təmsil edən qarışıq döyüş sənətləri (MMA) idmançısı Penqo Bossio Vanqi Paris ətrafındakı Trapp kommunasında baş verən silahlı insident zamanı həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə barədə məlumatı 26 yaşlı döyüşçünün məşq etdiyi “Atch Academy” klubu sosial şəbəkə hesabında yayıb. Bir müddət öncə Fransanın Baş naziri Sebastyen Lekornyu İvelin departamentinin Trapp kommunasında baş verən […]
Musiqiyə aludə olan azyaşlı velosipedçi həyatını itirdi – BDYPİ-dən çağırış!
Oktyabrın 22-si saat 18:00 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped idarə edən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, qəza nəticədə 13 yaşlı velosipedçi hadisə yerində həyatını […]
